Rusiyanın “Lenta.ru” internet-nəşrində Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib.
“Qadınlar və uşaqlar qar üstündə qıc olmuş halda ölürdülər” sərlövhəli materialda Azərbaycanın Xocalı şəhərinə hücumdan danışılır, 28 il ötməsinə baxmayaraq, təqsirkarların hələ də cəzalandırılmadığı vurğulanır.
“Qarabağ münaqişəsinin qızğın dövründə Ermənistan silahlı qüvvələri strateji əhəmiyyətə malik şəhəri əvvəlcə mühasirəyə alıb, sonra hücumla ələ keçiriblər. Bu əməliyyat dinc sakinlərin kütləvi qətli ilə başa çatıb. Qətlə yetirilən 600-dən çox azərbaycanlının əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Müqəssirlər hələ də tapılmayıb və cəzalandırılmayıb”. //AZƏRTAC
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib