Əsirlikdə olan azərbaycanlılara misli görünməmiş zülmlər edilirdi. Əsirlərin başları onların ailə üzvləri və digər əsirlərin gözləri qarşısında kəsilirdi.
Bu sözləri Xocalı soyqırımı zamanı səkkiz gün erməni əsirliyində qalmış Dürdanə Ağayeva fevralın 25-də Bakı Musiqi Akademiyasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirindəki çıxışında söyləyib.
Faciə ilə bağlı acı xatirələrini bölüşən D.Ağayeva deyib: “Biz meşədə olarkən bir ana ilə onun körpə uşağı gözlərim qarşısında qətlə yetirildi. Ana övladını qorumaq üçün onu bərk qucaqlamışdı. Açılan atəş nəticəsində ana öldürüldü. Onun övladı isə qorxu və fəryad içində ağlayarkən erməni hərbçiləri uşağı da qəddarcasına qətlə yetirdilər. Beləcə ana ilə övladının qanı bir-birinə qarışdı”. //AZƏRTAC
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib