Rusiyanın “Ura.ru” informasiya agentliyinin saytında “Niyə 30 il bundan əvvəl baş vermiş soyqırımı Azərbaycan üçün hələ də sarsıntıdır” sərlövhəli məqalə dərc edilib.
Tatyana Ryabovanın məqaləsində MDB-də ən dəhşətli faciələrdən birinin tükürpərdən tarixçəsi barədə danışılır.
Məqalədə deyilir ki, azərbaycanlılar fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Ermənistan və Azərbaycan arasındakı münaqişə 1992-ci ildə bütöv xalq üçün faciəyə çevrildi. Müəllif məqalədə tarixçi Rizvan Hüseynov və Zaur Mehdiyevin fikirlərindən sitatlar gətirir. //AZƏRTAC
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib