Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə liseydə keçirilən anım tədbirində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tərbiyə işləri üzrə direktor müavini A. Məmmədova çıxış edərək bildirib ki, 20 Yanvar faciəsindən 30 il ötür, lakin həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi,milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990-cı ilin 20 Yanvar günü uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir.
20 Yanvar keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir, bunu unutmaq olmaz. Lakin 20 Yanvar həm də Azərbaycan xalqının mübarizliyini, həmrəyliyini, qəhrəmanlığını, Vətənə olan sevgisini təcəssüm etdirir.
Tədbirdə liseyin müəllimlərindən S.Hacıyeva, N.Əhədzadə, V.Mirzəyeva və liseyin tələbələri çıxışlar ediblər.
Liseydə 20 Yanvar faciəsi ilə bağlı rəsm müsabiqəsi və “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Tədbir zamanı 20 Yanvarla bağlı film nümayiş olunub.
Nəzakət Allahverdiyeva,
Dəmir Yolu və Metropoliten üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib