17 yanvar 2020 12:14
875

KOBİA-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

KOBİA-dan bildirilib ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Agentliyin idarə heyəti sədrinin müavini Nadir Adilov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakıda törətdiyi faciənin Azərbaycan xalqının yaddaşına azadlıq və müstəqillik uğrunda mübarizə tarixi kimi əbədi həkk olunduğunu vurğulayıb.

Çıxış edənlər 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını qeyd ediblər.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş “Müqəddəs məkan” filmi nümayiş olunub.