Azərbaycanın qədim dövlətçilik tarixi, zəngin təbii ehtiyatları, əsrarəngiz təbiəti, qonaqpərvər və qəhrəman insanları var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisidəki Belarus icmasının üzvü Aleksey Boxodin söyləyib.
Cənubi Qafqaz ölkələrinin tarixini yaxşı öyrəndiyini vurğulayan Boxodin deyib: Bu ərazidə Azərbaycanın xüsusi rolu və yeri var. Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr təkcə bir xalqın deyil, Avropanın da inkişafında mühüm rol oynayır. Azərbaycan dünyada tanınan, müstəqil siyasəti olan bir ölkədir. Amma bu müstəqillik asan başa gəlməyib. Bu günlərdə Gürcüstanda da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılır. Bu faciə Azərbaycan tarixinə qanla yazılmış qəhrəmanlıq səhifəsidir.
İcma üzvü qeyd edib ki, əliyalın, silahsız tankların, azğın imperiya qoşunlarının qarşısına çıxmaq əsl qəhrəmanlıqdır. Yüzlərlə insan canından keçib, yüzlərlə insan yaralanıb, itkin düşüb. Amma heç bir qüvvə, heç bir silah xalqın azadlıq sevgisini boğa bilməyib. Bu isə onu deməyə əsas verir ki, qanla əldə olunmuş müstəqillik, azadlıq daimidir.
“Bizdə belə bir fikir var: Azərbaycan qəhrəmanlar ölkəsidir. Bu xalq azad yaşamağa layiqdir və yaşayacaqdır”, - deyə Aleksey Boxodin vurğulayıb.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib