Ukraynanın “Versii” saytında soydaşımız, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin “Azərbaycan xalqının sağalmayan yarası” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə sovet ordusunun 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs olunur.
Diqqətə çatdırılır ki, hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş Azərbaycanın oğul və qızlarının xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına baş çəkir. 20 Yanvar faciəsi öz xalqına qarşı misli görünməmiş bir təcavüz və soyqırımı aktı, kobud qanun pozuntusu, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının pozulması idi.
Müəllif qeyd edir ki, o çətin anlarda Moskvada ulu öndər Heydər Əliyev öz xalqı üçün fədakarlıq göstərdi. Yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu faciənin təşkilatçılarını açıq şəkildə qınadı, Azərbaycan xalqına qarşı cinayət törədildiyini bəyan etdi. //AZƏRTAC
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib