PSİXOLOJİ PROBLEM YAŞAMAĞA SƏBƏBLƏR VAR: XALQ DƏSTƏK VERMİR, TROLLAR İŞ BACARMIR, ŞƏXSİ KREDİT TÜKƏNİB, ÇIXIŞ YOLU ANCAQ BİRDİR
Siyasi mövqeyində, əqidəsində, yanındakılara sadiqliyində sabit olmayan bu adam 20 ildən çoxdur ki, “inqilab-inqilab” deyir. Gənc yaşlarında xüsusi xidmət orqanlarının əlində oyuncaq kimi diversantlıq etdi, AXC-yə daxil edildi, cəbhəçilərin ətrafında birləşdiyi və lider hesab etdiyi Əbülfəz Elçibəyi gözdən saldı, sonda siyasi təşkilatın parçalanmasına səbəb oldu. Qrant, pul, vəzifə, hakimiyyət hərisliyi nəticəsində AXC-nin yaranmasında, AXCP-nin qurulmasında xidməti olan hər kəsi partiyadan uzaqlaşdırdı, nəzəri olaraq siyasi partiya adını almalı olan təşkilatı şəxsi obyektinə çevirdi. Bu gün isə partiyada ancaq sosial şəbəkələrdə onu təbliğ edən, ona mədhiyyələr yazan 5-10 trol var, trolluq fəaliyyəti var...
Haqqında danışdığımız adam əlbəttə ki, təxmin edildiyi kimi Əli Kərimlidir. 2000-ci ildən sonrakı dövrdə vəzifə və səlahiyyət iddiasında olan Əli Kərimli, hətta hakimiyyətlə sövdələşməyə də getməyə hazır olduğunu nümayiş etdirmişdi. Lakin 2003-cü ildən başlanan qlobal geostrateji oyunlardan həvəslənən Əli Kərimlinin “mədəsi” daha da genişlənməyə başladı. Elə bu səbəbdən də “inqilab-inqilab” deyə-deyə 2003-cü ildə əlinə “qızılgül” aldı, 2004-cü ildə boynuna narıncı şərf sarıdı, 2005-ci ildə Dübəndidəki bağında zambaq əkdi, 2011-2012-ci illərdə başına əmmamə qoydu, 2017-ci ildə muqabeləşdi, ardınca isə paşinyanlaşdı, 2018-ci ildə sarı jilet geyindi, “Xuanlaşdı”, nəhayət, “Əlcəzair ərəbi” olmağa qərar verdi. Lakin onun bütün cəhdləri boşa çıxdı, onun “inqilab-inqilab” çağırışına heç kəs cavab vermədi, trolları isə iş yarıtmadı.
Zaman ötür, şəxsi kredit isə tamamilə tükənib, hakimiyyətin xalqla birliyi daha da möhkəmlənib, “5-ci kolon”un antidövlət əməlləri, xəyanəti tamamilə ifşa olunub. Bəlkə də elə bu səbəbdəndir ki, Əli Kərimli sarsıntı keçirir, psixoloji problem yaşayır.
Fikir versəniz, onun canlı yayımlar zamanı şəkər xəstələri kimi tez-tez dodaqlarını yaşlamasını, “siz məni anlamırsınız” ritorikasında qışqıra-qışqıra danışmasını müşahidə edərsiniz. Bəlkə də elə səbəb budur ki, son günlər sosial şəbəkə hesabında guya “hakimiyyətin AXCP-dən qorxduğu”, “inqilabın astanasında durduqlarını” cızma-qara edir. Gah da görürsünüz ki, trollarına göstəriş verir ki, digər müxalifət partiyalarının liderlərinə “hücumlar” etsinlər, videolarını, müsahibələrini kütləvi “dislike” etsinlər. Plansız, hesabsız hər tərəfə hücum etmək, hər kəsi qaralamaq kimi psixoloji davranışlar ona dəlalət edir ki, Əli Kərimli ciddi daxili böhran ərəfəsindədir.
Əlbəttə ki, uzun illərdir uğursuz da olsa, siyasətdə olan birisi heç zaman ciddi sosial-siyasi dəstəyi olmadan, xalqın etimadını qazanmadan “inqilab və hakimiyyət” iddialarını açıq şəkildə ortaya qoymazdı. Axı, niyə Əli Kərimlinin yanındakı baş trollar izah etmirlər ki, “ay bəy” bizim qatarımız çoxdan gedib? Ən azından Əli Kərimli canlı yayımlara çıxarkən baxış sayına nəzər salıb nəticə çıxarmalı idi axı.
Özünü Pifaqor kimi təqdim edən Əli Kərimli pafoslu şəkildə deyir ki, “gəlin mənlə mübahisə edin, mənim hesablamalarımı təkzib edin”. Amma bu saxta “riyaziyyat alimi” bir dəfə də olsun öz canlı müsahibələrinə baxıb, adi riyazi hesablama aparıb anlamır ki, onun dəstəyi ölkə əhalisinin heç “0.005” faizi qədər deyil. Əgər Əli Kərimli riyazi mübahisə aparmaq istəyirsə, buyursun. Onun çox da uzaq olmayan zamanda - avqust ayında verdiyi müsahibələrin “Azad söz”, “Ali Karimli”, “Azadlıq” qəzeti, “Osmanqızı” kimi “facebook” səhifələri üzərindən izləyici sayına nəzər salsın.
Diqqətlə baxın. Bütün şəkillərdə Əli Kərimlinin müsahibəsi 1 saatdan artıq vaxt ərzində davam edir. Lakin buna baxmayaraq, “Azad söz”də 507 nəfər, “Ali Karimli”də 505 nəfər, “Azadlıq” qəzetində 505 nəfər, “Osmanqızı”da 549 nəfər müsahibəni izləyir. Əgər Əli Kərimlinin “dahiyanə riyazi istedadından” ruhlanan trollar bütün səhifələrdəki rəqəmləri toplayıb vəziyyətdən çıxmağa çalışsalar belə, yenidən özlərini ifşa etmiş olarlar. Çünki 500-600 arası rəqəm bütün səhifələrə eyni zamanda baxanların sayıdır, yəni eyni sosial şəbəkə iştirakçılarıdır. Əgər bu belə olmasaydı, bütün səhifələrdə bəyənmələr, rəylər və paylaşımlar eyni səviyyədə, yaxud yüksək olardı. Lakin gördüyünüz kimi, “Azad söz”də və “Osmanqızı”da başı qarışan trollar “Azadlıq” qəzetini və “Ali Karimli” səhifələrini yaddan çıxarıblar. Ona görə də həmin səhifələrdəki bəyənmə, rəy və paylaşım sayı digərlərinə nəzərən 10-15 dəfə azdır.
Bax, bu da Əli Kərimli üçün sadə riyazi hesablama. Amma Əli Kərimlidən fərqli olaraq bu hesablamalara görə mübahisə etmək fikrindən uzağam. Çünki reallıqda Əli Kərimlinin cəmi 500 profil və səhifə civarında olan trolların (əgər həmin 500 nəfərin hamısı cəbhəçi olsa) ümidinə qaldığını açıq şəkildə görürük.
Ona görə də bəlkə qulaq asdılar deyə, Əli Kərimliyə, eləcə də onun trollarına bir məsləhət vermək istəyirəm. Bilirəm ki, populizm cəbhəçilərin fəaliyyətinin əsas mahiyyətidir. Ona görə də siyasətdən uzaqlaşıb onları məşhurlaşdıracaq daha maraqlı işə başlamaları yaxşı olardı. Məsələn, məşhurluq naminə təpiklə butulka qapağı açmaq dəbdədir. Necə ola bilər ki, şamaxılı uşaq təpiklə butulka qapağını açmaqla populyar oldu, hətta AXCP sədri Əli Kərimlinin reytinqini kölgədə qoydu. Yaxşı olar ki, “Milli Şura” toplansın və hər kəsin qarşısında Əli Kərimli təpikə butulka qapağı açmağa çalışsın. Bunu da İlham Hüseyn və Emil Səlimov kameranın yaddaşına köçürsün, sonra da montajla düzəldərək yerləşdirsinlər “facebook”a. İnanın ki, bu video Əli Kərimlinin mənasız statuslarının cəmindən daha çox “like” yığacaq.
Onsuz da Əli Kərimli siyasətdə uğur qazana bilmədi, bloqgerlik fəaliyyəti də iflasa uğradı, bəlkə bu işdə bəxti gətirə...
Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkilatının GB sədrinin müavini,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir