SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımına dair videoçarx yayımlanır
Xocalı soyqırımının 27-cı ildönümü ilə bağlı fevralın 23-dən martın 1-dək SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində (YDM ) faciəyə dair videoçarx yayımlanır və musiqi yayımı dayandırılıb, bayraqlar endirilib.
AZƏRTAC xəbər verir ki, videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı barədə maarifləndirici məlumatlar, soyqırımına dair fotolar yer alır.
“SOCAR Energy Ukraine” şirkəti hesab edir ki, bu təbliğat vasitəsilə yanacaqdoldurma məntəqələrinə gələn insanlara Xocalı soyqırımı haqqında həqiqətlər çatdırılır.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib