Xocalı hadisəsi zamanı biz dəhşət yaşadıq. Xocalıda insanlarımızı, qardaş-bacılarımızı odlu silahlarla vəhşicəsinə qətlə yetirdilər. İnsanlar o qarlı havada evlərindən ayaqyalın çıxıb qaçırdı, körpələrimiz soyuqdan donaraq öldü. Bunları sözlə demək çox çətindi. Dünya bu ədalətsizliyə göz yummamalıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ikinci qrup Qarabağ əlili Ayaz Mahmudov deyib.
“Mən o günləri acınacaqlı günlər kimi xatırlayıram. Özüm ayağımdan əlil olmağıma baxmayaraq, Ali Baş Komandanımız əmr etsə yenə də Qarabağa vuruşmağa gedərəm. Nə qədər ki, sağlamlığım və fiziki gücüm buna imkan verir, Vətənimizi, torpaqlarımızı qorumağa hazıram”, - deyə A.Mahmudov vurğulayıb.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib