Xocalı dəhşətləri mənim bir ömürlük dərdimdir. O gecə yaşananlar mənim gözlərim önündə baş verib. Qarlı-şaxtalı günlərdə beş gün Xocalı meşələrində qalmışam. Biz mühasirədə qalmışdıq, hara gedəcəyimizi bilmirdik, hər tərəfimiz düşmən idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində son günədək Xocalıda tibb bacısı kimi çalışmış Səadət Zeynalova deyib.
“Xocalı hadisələrindən danışmaq o qədər də asan deyil. Fevralın 25-dən 26-na keçən gecə neçə-neçə əliyalın, azərbaycanlı qoca, qadın, uşaq qəddarlıqla qətlə yetirilib. Amma inanıram ki, Prezidentimizin rəhbərliyi ilə torpaqlarımızı geri qaytaracağıq. Xocalımıza geri dönmək bizim dərdimizə məlhəm olacaq.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib