SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin akt zalında keçirilən anım mərasimində kimyaçılar və qonaqlar əvvəlcə 1992-ci ilin fevralın 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri insanlığa sığmayan vəhşiliklər nəticəsində həlak olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Xocalıda törədilənlərin terrorizm, etnik təmizləmə və soyqırımı aktı olduğunu deyən natiqlər, faciənin dəhşətlərindən söz açıblar. Bildirilib ki, soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla – 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər düşmən gülləsinə tuş gələrək yaralanıb.
Ümummilli lider Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözlərini faciəyə verilən ən yüksək qiymət kimi dəyərləndirən YAP Sumqayıt şəhər təşkilatının şöbə müdiri Vəzirxan Ənsərov vurğulayıb ki, soyqırımının üstündən 27 il keçir. Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayıb.
Tədbirdə Sumqayıt şəhər “Təfəkkür” liseyi şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyası nümayiş olunub.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib