19 yanvar 2019 13:25
818

Gömrükçülər narkotik vasitə aşkarlayıb

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

"İki sahil" Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Honda Odyssey” markalı nəqliyyat vasitəsilə gələn həmin ölkə vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı sükanı sağ tərəfdə olan nəqliyyat vasitəsinin ön oturacağının söykənəcəyinin arxa cibində bir ədəd bükülüdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 2 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.