Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşəbbüsü ilə 62 saylı məktəb-liseydə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “20 yanvar – Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Mətanət Cabbarova 20 Yanvar faciəsinin əsla unudulmadığını, bu qanlı hadisədə əli olanların tarix qarşısında cavab verəcəklərini diqqətə çatdırıb.
Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bildirib ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq əzmini qıra bilmədi. Əksinə müstəqillik düşüncələrinin formalaşmasına, istiqlaliyyətə gedən yolu yaxınlaşdırdı.
Daha sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimov tədbir iştirakçılarına 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat verib.
Tədbirdə məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib