04 yanvar 2019 18:16
1428

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Tədbirlər Planı təsdiq olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Tədbirlər Planına əsasən, 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı nazirlik bir sıra tədbirlər keçirəcək. Belə ki, İqtisadiyyat Nazirliyində 20 Yanvar faciəsinə həsr edilən "Məlumat saatı" məşğələləri, nazirliyin Aparatında, tabeliyindəki qurumlarda anım tədbirləri keçiriləcək, mühazirələr dinləniləcək, 20 Yanvar hadisələrini əks etdirən bədii kompozisiyalar nümayiş etdiriləcək, nazirlik əməkdaşlarının Milli Azərbaycan Tarixi Muzeyində "20 Yanvar - Ümumxalq Hüzn Günü"nə həsr olunmuş sərgiyə və Şəhidlər xiyabanına ziyarəti təşkil ediləcək.