20 iyul 2025 20:47
129

Zelenski Rusiyanın iki və Ukraynanın üç vətəndaşına qarşı sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski iki rusiyalı və üç ukraynalıya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

“İki sahil” xəbər verir ki, müvafiq sənəd onun saytında dərc olunub.

Sanksiya siyahısına rusiyalılar Yuliya Latınina və Tatyana Aksenenko, habelə Ukrayna vətəndaşları - Radanın keçmiş deputatı Natalya Korolevskaya, keçmiş deputat Gennadi Balaşov və bloger Andrey Serebryanski daxildir.

Ukrayna mediası sanksiyaların Kiyev əleyhinə təbliğat apardığına görə tətbiq edildiyini yazır.