20 iyul 2025 19:51
130

Görünməmiş vətəndaş etirazı: Bir milyona yaxın fransız hökumətin təklif etdiyi qanuna etiraz edir

Tələbə Eleonora Patterinin kənd təsərrüfatında qadağan olunmuş pestisidlərin istifadəsinə icazə verən mübahisəli qanuna qarşı petisiyası indiyədək 919.000 imza ilə yarım milyonluq həddi keçib.

“İki sahil”in Fransa mətbuatına istinadən verdiyi məlumata görə, iyulun 10-da Bordodan olan 23 yaşlı tələbə kənd təsərrüfatı naziri Enni Genevardın razılığı ilə təşəbbüskarlardan biri, Respublikaçılar Partiyasından olan senatorun adını daşıyan “Duplomb qanununa yox” petisiyasını internetdə yerləşdirib.

Müraciətdə deyilir ki, qanun “elmi, etik, ekoloji və tibbi anomaliyadır”. Petisiya qanunun qəbul edildiyi şərtlərin dərhal ləğv olunmasını və yenidən nəzərdən keçirilməsini, həmçinin "səhiyyə, kənd təsərrüfatı, ekologiya və hüquq nümayəndələri ilə ictimai məsləhətləşməni tələb edir. Bu cür ictimai dəstək o deməkdir ki, sənəd Milli Assambleyanın qərarı ilə yenidən ictimai müzakirəyə çıxarıla bilər.

Qanunun tərəfdarları bunun fransız fermerlərinin həyatını asanlaşdırmaq məqsədi daşıdığını və bürokratik əngəlləri aradan qaldıracağını iddia edir. Sənədin qəbulu qanunvericilikdəki boşluqlardan istifadəni asanlaşdırıb. İyulun əvvəlində komissiya bir çox assosiasiyaların bunu fransızların sağlamlığı üçün təhlükəli adlandırmasına baxmayaraq, qanunun son variantını təsdiqləyib və sonra parlament tərəfindən qəbul edilib.

Ekoloji və sosial qrupun üzvü, deputat Delfin Bato deyir: "Bu kütləvi reaksiya zorla tətbiq edilən bu "zəhərli qanunun" demokratik legitimliyinin olmadığını nümayiş etdirir. Payızda parlamentin iclası başlayan kimi bu müzakirənin təşkili üçün mübarizə aparacağıq”.

Fransa mediası yazır ki, bu ictimai reaksiya vətəndaş cəmiyyətinin ilk qələbəsi, hökumətin isə ilk məğlubiyyətidir.