İran nüvə proqramı üzrə danışıqlar prosesini bərpa etmək barədə Fransa, Almaniya və Böyük Britaniya ilə razılığa gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadla xəbər verir.
Bildirilir ki, danışıqların prinsipi razılaşdırılıb. Bununla belə, agentlik danışıqların vaxtı və yerinə dair məsləhətləşmələrin davam etdiyini vurğulayıb. "Tasnim"in mənbəsi qeyd edib ki, danışıqların aparılacağı ölkə də müəyyənləşməyib.