20 iyul 2025 15:14
106

Cevdet Yılmaz: Şimali Kipr Türk Cümhuriyyətinin təcrid olunması siyasətinə qarşı mübarizəmizi davam etdirəcəyik

Türkiyə Kipr türklərinə dəstəyini davam etdirəcək və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) mövcudluğunun və təhlükəsizliyinin qarantı olaraq qalacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhə dəstək əməliyyatına başlamasının 51-ci ildönümü ilə bağlı paylaşımında deyilir.

O qeyd edib ki, Türkiyə ordusunun səyləri sayəsində yarım əsrdən çox əvvəl təkcə türklər deyil, Kipr yunanları üçün də təhlükəsizlik və əmin-amanlıq mühiti təmin edilib.

“Türkiyə qarant ölkə olaraq adadakı yunan icmasının nümayəndələri ilə bərabər hüquqlara malik olan Kipr türklərinə dəstəyini davam etdirəcək. “İki dövlət” konsepsiyasını dəstəkləyən ŞKTC Prezidenti Ersin Tatarın səylərini alqışlayırıq. Lefkosadakı amansız təcrid edilməsi ilə bağlı siyasətə qarşı mübarizəmizi, ŞKTC-nin inkişafına kömək göstərməyə davam edəcəyik”, - deyə paylaşımda daha sonra deyilir.

C.Yılmaz 1974-cü ildə Kiprdə aparılan əməliyyatı zamanı qəhrəmanlıq göstərən şəhidlərin xatirəsini də yad edib, qazilərə təşəkkürünü bildirib.