20 iyul 2025 14:56
125

İşçi qrupunun rəhbəri: Vətəndaşlar "Yüksəliş" müsabiqəsinə inanır

Ötən illər ərzində bizim gördüyümüz əsas işlərdən biri kadr bankının yaradılması olub.

“İki sahil” xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsi final mərhələsində işçi qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Bütün dövlət qurumları və özəl şirkətlər kadr bankı elektron platformasından yararlana bilirlər. Vətəndaşlar da "Yüksəliş" müsabiqəsinə inanır və hər il özlərini sınayırlar. Mövcud statistika da bunu göstərir", - o bildirib.