20 iyul 2025 11:17
122

Türkiyənin məşhur ifaçısı xəstəxanaya yerləşdirilib

Türkiyənin tanınmış bəstəkarı və ifaşısı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.

“İki sahil” "Haber Global"a istinadla xəbər verir ki, bu barədə onun mətbuat katibi Yağız Yılmaz məlumat verib.

"May ayında iki dəfə stend taxılan sənətçimiz yenidən xəstəxanaya yerləşdirilib", - o bildirib.

Sənətçinin durumu stabildir.

Nazan Öncel "Gidelim buralardan", "Sokak Kızı", "Erkekler de yanar" kimi ifaları ilə məşhurdur. Bundan başqa, o, digər müğənnilər tərəfindən ifa olunan xeyli sayda hitin bəstəkarıdır.