Almaniya yaxın illərdə elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər. Belə ki, alternativ enerji mənbələri ölkənin ehtiyaclarını ödəməyə kifayət etmir.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Məlumata görə, İqtisadiyyat Nazirliyi və ölkənin sənaye dairələri külək stansiyalarının və günəş qurğularının inkişaf strategiyasının özünü doğrultduğuna şübhə ilə yanaşır.
Keçən il Almaniya müəssisələri və ev təsərrüfatları ümumilikdə 464 TVt-saat enerji istifadə edib. 2035-ci ilə qədər bu göstərici 1000 TVt-saatadək arta bilər.
Problem həm də ondan ibarətdir ki, Almaniya ən geci 2038-ci ilə qədər kömür enerjisindən tamamilə imtina etmək istəyir.