19 iyul 2025 14:56
149

İtaliyanın bir neçə şəhərində hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verilib

İtaliyada müşahidə olunan anomal istilərə görə bəzi bölgələrdə narıncı hava xəbərdarlığı verilib.

“İki sahil” xəbər verir ki, Səhiyyə Nazirliyi paytaxt Roma, eləcə də Palermo, Peruccia, Bari, Kalyari və Kampobassoda narıncı xəbərdarlıq elan edib.

Temperaturun artması ilə əlaqədar xroniki xəstələrə və həssas insanlara xəbərdarlıq olunub. Ürək xəstələrinə xüsusilə diqqətli olmaları tövsiyə edilib. Əhaliyə kölgə yerlərdə qalmaq, günvurmadan qorunmaq tövsiyə olunub.

Bəzi bölgələrdə havanın temperaturunun 40 dərəcəyə çatacağı gözlənilir. Eyni zamanda, ölkə üzrə günvurma şikayəti ilə müraciət edənlərin sayı artıb.