19 iyul 2025 08:44
140

Polşa yüzlərlə Gürcüstan vətəndaşını deportasiya edəcək

Yüzlərlə Gürcüstan vətəndaşı Polşadan deportasiya ediləcək.

“İki sahil” "RİA Novosti"yə istinadən xəbərə verir ki, bunu ölkənin daxili işlər naziri Tomaş Simonyak deyib.

Bu qərar onların Şərqi Avropa dövlətinin ərazisində cinayət əməlləri həyata keçirərkən tutulduqları üçün qəbul edilib.

"Gürcüstan vətəndaşları arasında cinayətlə bağlı problemimiz var. Onların arasında yüzlərlə şəxs cinayətkar fəaliyyətlə məşğul olduqları üçün Polşanı tərk etməli olacaq", - Simonyak deyib.