21 dekabr 2024 17:09
115

Əsaad Həsən əl-Şibani Suriyanın xarici işlər naziri təyin edilib

Suriyanın yeni hakimiyyəti Əsaad Həsən əl-Şibanini xarici işlər naziri təyin edib.

“İki sahil” xəbər verir ki, bu barədə Suriyada hakimiyyətə gələn müxalifətin birləşmiş qüvvələr komandanlığının bəyanatında bildirilib.

Məlumata görə, Həsən əl-Şibani müvəqqəti hökumətdə öz vəzifəsini icra edəcək.