29 noyabr 2024 18:14
71

Oğuzda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış keçirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov özünüməşğulluq proqramı çərçivəsində Oğuz rayon sakinləri - müharibə veteranı İbrahimov Namiq Sahib oğlu və Həbibullayeva Cəmilə Qabil qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Bu barədə "İki sahil"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, proqramın iştirakçıları olan N.İbrahimov fotoatelye, C.Həbibullayeva isə dərzi sexi üzrə aktivlərlə təmin olunaraq kiçik bizneslərini qurublar.

Onlar işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, habelə kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, ötən dövrdə Oğuz rayonunda 1018 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.