29 noyabr 2024 14:14
76

Uralskda Azərbaycan Mədəniyyət Günləri keçirilib

Qazaxıstanın Uralsk şəhərində fəaliyyət göstərən "Milli Maarif Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Mədəniyyət Günləri keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə təşkilatın Ağsaqqallar Şurasının, Gənclər Birliyinin üzvləri, Qazaxıstan Xalqı Assambleyasının bölgədəki filialının təmsilçiləri, diaspor nümayəndələri və yerli xalq iştirak edib.

Birliyin rəhbəri Nəcəf Məmmədov çıxış edərək qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti haqqında məlumat verib.

Tədbirdə Azərbaycanın mədəniyyətini özündə əks etdirən suvenirlər, musiqi alətləri, geyimlər sərgilənib, milli rəqslər nümayiş olunub.

Sonda fəal diaspor nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.