Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, Rusiya və KXDR mehriban qonşu və çoxdankı dostdur.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, o, bu barədə KXDR Müdafiə Nazirliyinin rəhbəri No Qvan Çolla Pxenyanda danışıqlar zamanı bildirib.
Eyni zamanda, rusiyalı nazir həmkarını bu ilin oktyabrında baş vermiş ölkənin hərbi idarəsinin rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
“Sizinlə tanışlığıma görə şadam. Pxenyana səfərə dəvət etdiyinizə və göstərilən qonaqpərvərliyə görə sizə təşəkkür etmək istərdim. Rusiya və Koreya Xalq Demokratik Respublikası mehriban qonşular və çoxdankı dostlardır”.
Belousov, həmçinin çətin beynəlxalq şəraitdə iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək üçün qarşılıqlı istəyinin olduğunu vurğulayıb.