23 noyabr 2024 14:21
142

COP29 çərçivəsində “SOCAR Türkiyə”nin davamlılıq strategiyası müzakirə edilib

COP29 çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin "Sıfır tullantı" mövzusu ilə qurduğu pavilyonda keçirilən paneldə “SOCAR Türkiyə”nin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Yusifov, Strategiya və Davamlılıq Departamentinin rəhbəri Ömür Önk və Ar-Ge və İnnovasiyalar üzrə baş menecer Bilal Quliyev “SOCAR Türkiyə”nin davamlılıq strategiyasını müzakirə ediblər.

Ömür Önk şirkətin sıfır emissiya hədəflərinə uyğun strateji yol xəritəmizdən, Bilal Quliyev Ar-Ge və innovasiya layihələrindən, Mikayıl Yusifov isə sosial faydaya yönəlmiş sosial layihələrdən danışıblar.

Tədbirdə “SOCAR Türkiyə” Strategiya və Davamlılıq Departamentinin rəhbəri Ömür Önk şirkətin davamlılıq səylərini və hədəflərini bölüşüb: “COP29-da davamlı gələcək üçün ümumi məqsədlərlə bir araya gəldik. Davamlılıq enerji səmərəliliyi layihələrimizdən tutmuş 2050-ci ilə qədər xalis sıfır emissiya hədəfimizə, müxtəliflik və inklüzivlik səylərimizdən gənc istedadları dəstəkləyən layihələrə qədər bütün fəaliyyətlərimizin mərkəzində dayanır.”

 Orxan Vahidoğlu, “İki sahil”