19 noyabr 2024 11:47
182

Türkiyədə FETÖ əməliyyatı: 459 nəfər saxlanılıb

Türkiyənin 66 vilayətdə FETÖ-yə qarşı təşkil edilən "Kıskaç-30" əməliyyatı keçirilib.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin bildirdiyinə görə, əməliyyatlarda 459 şübhəli saxlanılıb.

Əməliyyat çərçivəsində təşkilatın mövcud strukturu, maliyyə strukturu, tələbə strukturu, polis strukturu, hərbi sirr strukturu, ədliyyə gizli strukturu və müxtəlif peşə qrupları daxilində fəaliyyətlərin həyata keçirilməsi, sosial media platformaları vasitəsilə təşkilatın təbliğatının aparılması, taksofonlarla əlaqə saxlanılması və təşkilat daxilində məsul şəxslərlə əlaqə saxlama, kameralarda sığınma, onlara qarşı qaçaq kimi axtarış qeydlərinin olması, fərdi imtahan araşdırmaları çərçivəsində müsahibələrdə əlverişli kodlaşdırma və təşkilatın kripto rabitə proqramı olan "Bylock" istifadəçisi olma cinayətləri ilə bağlı istintaq başladılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”