Paraqvay Prezidenti Santiaqo Penya ürəyində ağrılar səbəbindən təcili yardım maşını ilə Rio-de-Janeyroda keçirilən G20 zirvəsini tərk edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
O, Rio-de-Janeyroda yerləşən "Samaritano" xəstəxanasına aparılıb.
Məsələ ilə bağlı Paraqvayın birinci xanımı Letisiya Okampos sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki, ölkə prezidenti həkim müayinəsindən keçib, hazırda özünü yaxşı hiss edir və müayinənin nəticələrini gözləyir.