18 noyabr 2024 11:11
86

Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

29 illik müstəqillik tariximizin ilk iki ili xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi xarakterizə olunur. Yaşanan bu reallıqlar  ulu öndər  Heydər Əliyevin  hakimiyyətə qayıdışını  zərurətə çevirdi. YAP-ın yaranması isə bu zərurətin əslində təşkilatlanma forması idi.

1992-ci il noyabrın  21-də Naxçıvan şəhərində  Azərbaycanın müxtəlif regionlarından  550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən artıq üzvün birləşməsi daim vurğulandığı kimi, sadəcə bir statistika deyil. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, möhkəm təmələ əsaslanan siyasətə dəstəyin bariz nümunəsidir.

Ulu öndər Heydər Əliyev   Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə 19 noyabr 1994-cü ildə keçirilən ümumrespublika müşavirəsində  partiyanın yaranmasını zəruri edən səbəbləri açıqlayaraq bildirmişdir: «Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim adım ilə bağlıdır və bu, mənim iştirakımla olmuşdur. Lakin mən həmişə həqiqəti sevmişəm və həyatım da  həqiqət üzərində  qurulmuşdur. Buna görə də, bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranması  mənim təşəbbüsümlə olmayıbdır.  Bu partiyanın yaranması Azərbaycanın demək olar əksər bölgələrində, şəhərlərində, rayonlarında, əmək kollektivlərində  yaranan əhval-ruhiyyədən irəli gəlmiş bir hadisədir.»

Ulu öndər Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Ulu öndər Heydər Əliyevin qurucusu olan YAP bu gün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. Dünyanın sağ mərkəzçi hakim partiyaları ilə YAP-ın geniş və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan da, qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə  kimi qiymətləndirilir.

1993-2003-cü illər Azərbaycan tarixinə  dirçəliş illəri kimi daxil olub. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başladı. Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz azadlığı bərqərar oldu. Çoxpartiyalı sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının   rolu  inkaredilməzdir. Bir sözlə, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etdi.

Tarixdə şəxsiyyətlərin rolunu daim xüsusi qeyd edən  Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin fəaliyyətini  buna bariz nümunə kimi göstərir: «Bütün dövrlərdə - həm 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının rəhbəri olduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir.»   Hakimiyyətinin hər iki dövründə xalqa, Vətənə xidmət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib.  Bu gün  Azərbaycan ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Azərbaycanın uğurları  başqa ölkələrlə müqayisə oluna bilməz.  İqtisadi inkişaf, həyata keçirilən nəhəng, transmilli layihələr onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir.

Tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası uğurlarımızın bələdçisi olmaqla yanaşı, bu siyası təşkilatın hər bir nailiyyətimizdə öz payı, yeri vardır. Partiyanın ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır.

Yeni Azərbaycan Partiyasının üzvlərinin say tərkibinə diqqət yetirsək,  40 faizini gənclər təşkil edir. Bu, YAP-ın gəncləşən partiya imicini bir daha təsdiqləyir. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın uğurlu gələcəyi naminə üzərlərinə düşən vəzifəni layiqincə  yerinə yetirməyə çalışırlar.

Nə qədər ki, Azərbaycan var, YAP da azərbaycançılıq ideologiyasını uğurla həyata keçirərək tədbirləri qoruyacaq. Azərbaycanın hər üçrəngli bayrağımız şərəflə dalğalanır. Ölkəmizdə separatçı qüvvələr darmadağın edilib, torpaqlarımızdan çıxarılıb. Bu gün bütün Azərbaycan xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşib və xoşbəxt gələcək olan Azərbaycan üçün mübarizə aparır.

Mirhaşim Calalov,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü