Prezident seçilən Donald Tramp və onun komandası özəl təyyarəsində "McDonald's" yeyərək gündəmə gəliblər.
“İki sahil” xəbər verir ki, o, bazar günü səhər təyyarədəki şəkili paylaşaraq zarafatla Tramp kampaniyasının "Amerikalıları daha sağlam etmək" missiyasının bir gün təxirə salındığını bildirib.
Tramp sosial mediada paylaşdığı fotoda "McDonald's"ın populyar yeməklərini yeyərkən əyləndiklərini və komanda üzvlərinin bu anı çox rahat keçirdiklərini qeyd edib.
Bu hadisə Trampın təyyarəsindəki anların bir hissəsi olaraq, sosial mediada geniş müzakirələrə səbəb olub.