18 noyabr 2024 08:52
169

İtaliya Afrika ölkələrinin inkişafı üçün 600 milyon avro ayırıb

İtaliya Afrika ölkələrinin inkişafı üçün hazırladığı “Mattei Planı” çərçivəsində ilkin layihələrə 600 milyon avrodan çox vəsait ayırıb.

“İki sahil” xəbər verir ki, “Lobito dəhlizi”nin inkişafının ikinci mərhələsi və Anqola ilə Zambiyadakı mis mədənləri regionları arasında yeni dəmiryolu əlaqəsinin yaradılmasına 300 milyon avro nəzərdə tutulub. Bundan başqa, İtaliyanın “Eni” neft-qaz şirkəti Keniyada Kənd Təsərrüfatı Nazirliyi ilə birgə bioyanacaqlar üçün bitki yağı istehsalının genişləndirilməsi layihəsini həyata keçirəcək. Layihə İtaliya İqlim Fondundan 71 milyon avro, Beynəlxalq Maliyyə Korporasiyasından 128 milyon avro kredit alınmaqla ümumilikdə təxminən 200 milyon avro vəsaitlə maliyyələşdirilir.

“Mattei Planı” cari ilin yanvarında Romada keçirilən İtaliya-Afrika Sammitində qəbul edilib. Afrika qitəsinin müxtəlif ölkələrində ümumilikdə 22 layihənin həyata keçirilməsi nəzərdə tutulur.