Türkiyə polisi terroru təbliğ edən iki nəfəri saxlayıb.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları dünən yerli vaxtla saat 21.00 radələrində Dəmirkapı məhəlləsində terror təbliğatı aparıldığını müəyyən etdikdən sonra hadisə yerinə gedib.
Araşdırmada şübhəlilərin şüarlar səsləndirərək zibil qablarını yandırdıqları müəyyən edilib.
Qanunsuz hərəkətlər etdiyi müəyyən edilən F.İ. və Y.İ. saxlanılıb.
Şübhəlilərə məxsus rəqəmsal materiallar və 1 ədəd ballistik jilet müsadirə edilib.
Polis qüvvələri digər şübhəlilərin tutulması üçün səylərini davam etdirir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”