15 noyabr 2024 16:54
110

Azərbaycan kiçik ada dövlətlərini dəstəkləyir

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ( SIDS) Sammiti keçirilib.

Sammitin moderatoru, Millətlər Birliyi təşkilatını baş katibi Patrisia Skotlend tədbiri açıq elan etdi. Burada  iqlim dəyismələrinin təsirinə məruz qalan  inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuş mühüm məsələlər müzakirə edildi.

Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni,daha yüksək səviyəyə qalxıb.Belə ki,Azərbaycan fəlakət qarşısında olan bir sıra ölkələrə  qasırğa, zəlzələ və daşqınların təsirini zəiflətmək üçün yardım göstərib.Həmçinin  su təhcizatı,qida təhlükəsizliyi və mədəni irsinbərpası layihəsinə dəstək verib.Ondan çox kicik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq   üçün tələbə təqaüdü proqramından yararlanıb.

Qoşulmama Hərəkatında  dördillik sədrlimiz dövründə biz 80-dən artıq ölkəyə,o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.

Azərbaycan Millətlər Birliyinin kiçik ada dövlətindəki birgə layihələrini dəstəkləməl üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırdı.

Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etmədə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini,iqlim dəyişmələrinin,artan qiymətlərin,COVİD-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu,onların hökümətlərinin çətin vəziyyətdə olduğunu vurğuladı. Millətlər Birliyi təşkilatının(Commonwealth) Baş katibi Patrisia Skotlend iqlim maliyyələşməsi işində uğurlu rəhbərliyə görə Prezident İlham Əliyevə və Baş katib Antonio Quterreşə minnətdarllıq edərək deyib:Mən fürsətdən istifadə edərək həm Prezident Əliyevə,həmdə Antonio Quterreşə bu işlərə sadiqliyə,güclü rəhbərliyə və hürtərəfli dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm.

Patrisia Skotlend COP29 çərçivəsində kiçik ada dövlətləriylə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü mənə böyük təəssürat bağışladı. Resursların paylanmasını və açılmasını təmin etmək üçün icra mexanizmlərinin  işlənməinə  dəstək verməyə hazırıq.

Sonra COP29-un prezidenti Muxtar Babayev və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.

Esmira Paşayeva,
64 nömrəli tam orta məktəbin Tarix müəllimi