Azərbaycan,Azərbaycan!
Ey qəhrəman övladın şanlı vətəni
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Sən həmişə zirvələrdə dalğalan ey üç rəngli bayrağım! Sən bizim kimliyimiz ,bizim qürur mənbəyimizsən.
2020-ci il 27 sentyabr-böyük gün –qələbəyə gedən başlangıc günü hamımız dünən kimi xatırlayırıq.O gunlər--2020-ci il 27 senytabr -10 noyabr aralığında olan tarix bizə _milli-mənəvi birliyimiz,vətən oğullarının doğma el-obaya sədaqəti,mərdliyi və mətinliyi ilə dünyaya səs salan 44 günlük zəfər yolu tariximizdə silinməz izlər qoydu,30 illik həsrətə son qoydu,qürurumuzu özümüzə qaytardı.
Belə ki,27 sentyabr uzunmüddətli atəşkəsdən sonra müşahidə olunan ən gərgin vəziyyət başladı.İkinci Qarabağ savaşı-Vətən müharibəsi başladı.Xalq-dövlət və ordu bir yumruq oldu.Düşmənə layiq olduğu yeri göstərdi.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 senytabrda bütün cəbhə boyu əks hücuma keçən Azərbaycan ordusu 1990-ci illərində əvvəlində baş verən birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal olunmuş əraziləri azad etməyə başladı. Müharibə zamanı
• Azərbaycan 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan-İran sərhədini işğaldan azad etdi.İkinci Qarabağ müharibəsi tarixi ədaləti bərpa etdi.
Azərbaycan prezidentinin müdrik siyasəti və Azərbaycan ordusunun şücayəti nəticəsində Azərbaycan dünyaya öz gücünü nümayiş etdirdi..
Sən mənə anasan,anamdan əziz,
Sənə məhəbbətim ,dənizdir,dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım,qəlbim ,vicdanım,
Mən sənə qurbanam Azərbaycanım!
Vətən müharibəsi zamanı Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2907 nəfər hərbi qulluqçusu şəhid oldu. Onlardan 408 nəfəri zabit, 279 nəfəri gizir, 263 nəfər çavuş, 1962 nəfəri isə əsgər idi. Əlavə olaraq 3 nəfər mülki qulluqçu idi. Müharibə zamanı həminin 11 110 nəfər yaralandı, 7 nəfər isə itkin düşdü.
Bu günü bizlərə yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət ,bütün qazilərimizə şəfa ,bütün hərbiçilərimizə can saqlığı arzu edirik.
Bayrağımız heç zaman enməsin.Müstəqilliyimiz əbədi olsun.Yaşasın Azərbaycan!!!
Xəyalə Salmanova,
Xətai rayon 59 saylı orta məktəbin müəllimi