Mahir Rəsuloğlu |
Köşə - Künc zərbəsi
Sarıbabada aşkarlanan minalar ermənilərin vəhşi xislətini göstərir
Ermənilər uzun illər boyu tarixi torpaqlarımızı yalnız çirkli ayaqqabılarının tapdağında murdarlamadılar, eyni zamanda, göreşən kimi qəbirlərimizi eşdilər, tarixi abidələrimizi saxtalaşdırmağa çalışdılar, oğurlanması mümkün olan hər şeyi oğurladılar, dağıdılması mümkün olan nə varsa dağıtdılar, dini məkanlarımızın müqəddəsliklərini ayaqlar altına alıb öz donuz qan və gen qohumlarının istifadəsinə verdilər. Heç nə qurmadılar, yaratmadılar, tikmədilər. Çünki nə vaxtsa sahib olmadıqları hər şeyi itirəcəklərini yaxşı bilirdilər. Bu baxımdan Vətən müharibəsi tarixin ən möhtəşəm müharibələrindən biri, bəlkə də birincisi, qazandığımız şanlı Qələbə isə ən ədalətli Qələbədir!
Görün ermənilər nə qədər mənfur, insanlıq hisslərindən mərhum məxluqlardır ki, az qalır müharibənin başa çatmasının iki ili tamam olsun, Azərbaycan hələ də ərazilərinin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsi səviyyəsinə görə dünyada ilk yerlərdən birini tutur. Bu vəhşilər tərəfindən lazım oldu-olmadı hər yerə o qədər mina döşənib ki, nə qədər təmizlənirsə də bitmir ki, bitmir. Yalnız bir həftənin – avqustun 8-dən 13-dək olan statistikaya baxdıqda problemin nə qədər kəskin olduğu şübhə doğurmur. Azərbaycan Minatəmizləmə Agentliyi ANAMA-nın məlumatına görə, həmin dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 134 ədəd piyada əleyhinə, 193 ədəd tank əleyhinə mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 685 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə bu vaxta kimi təmizlənərək zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatın sayı artıq onminlərlə ölçülür.
Ərazilərimizin minalarla bu qədər çirkləndirilməsi erməni vəhşiliyinin növbəti əyani sübutu, humanitar prinsiplərin kobudcasına pozulmasıdır. Dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməməsi isə bir daha ermənilərin riyakarlığını və xalqımıza qarşı düşmən münasibətini göstərir. Dünyanın insan haqlarından, beynəlxalq konvensiyalardan, hüququn aliliyindən dəm vuran təşkilatları və dövlətləri isə susur, bütün bunları görməzdən gəlirlər.
Belə görünür ki, Azərbaycan öz ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməyə məcbur olduğu kimi, bu məsələdə də beynəlxalq hüququn tələblərinin təmin edilməsinə özü nail olacaq.
Ən pisi isə oldur ki, ermənilər nəinki baş verənlərdən nəticə çıxarıb, əksinə, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən rədd olmaq əvəzinə həmin torpaqlarımızda da kütləvi minalama fəaliyyəti həyata keçiriblər. Müzəffər Azərbaycan Ordusunun bugünlərdə Qarabağ iqtisadi rayonu ərazisində həyata keçirdiyi “Qisas” əməliyyatından sonra bir sıra yüksəkliklərin silahlı qüvvələrimizin nəzarətinə keçməsi ilə bu fakt bir daha təsdiqini tapdı. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.
Avqustun 15-də minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.
Məlum olub ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra, 2021-ci ildə Ermənistanda istehsal olunub.
Yalnız bir gün ərzində və yalnız bir yüksəklikdən minə yaxın minanın aşkar edilməsi bir zərurəti təsdiqləyir – qanunsuz erməni silahlı bölmələri son nəfərinə kimi torpaqlarımızdan rədd olub getməlidirlər. Son nəfərinə qədər! Qeyd-şərtsiz!