Sabunçu rayonunun Maştağa qəsəbəsində avtomobil qəzası zamanı qaz tənzimləyici şkaf zədələnib.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev özünün “Feysbuk” səhifəsində yazıb.
O bildirib ki, abonentlərin qaz təchizatında fasilə yaranmayıb: “Alternativ qaz xətti ilə qaz təchizatı təmin olunub”.