12 noyabr 2026 13:10
202

“Sənin üçün doğulmuşam” 2 milyon oldu - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva müğənni Nəsimi Məmmədovla birlikdə “Sənin üçün doğulmuşam” adlı duetini təqdim edib.

“İki sahil” xəbər verir ki, sözügedən duet qısa zamanda çox sevilib. “Youtube” platformasında nəğməyə çəkilən klip 2 milyon baxış yığıb. Bununla yanaşı minlərlə pərəstişkar mahnıya video çəkib və sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, mahnının musiqisi Fərid Kərimliyə, sözləri isə Tural Xaniyə aiddir.