12 noyabr 2026 10:29
160

“Xilasedici” CEV Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib

Kişi voleybolçulardan ibarət “Xilasedici” klubu noyabrın 11-də CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Portuqaliyanın “Sporting CP Lisboa” komandası ilə qarşılaşıb.

Portuqaliyanın Lissabon şəhərində keçirilən görüşdə “Xilasedici” meydan sahiblərinə 3:2 hesabı ilə qalib gəlib. Tərəflər hərəyə bir qələbə qazandığından növbəti mərhələnin iştirakçısı qızıl setdə müəyyənləşib. Əzmkar mübarizə aparan “Xilasedici” qızıl setdə də qalib gəlib - 15:13.

Beləliklə, cavab oyununda və qızıl setdə qalib gələn “Xilasedici” CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. “Xilasedici” bu mərhələdə Sloveniyanın “ACH Volley Ljubljana” və Niderlandın “Orion Stars DOETINCHEM” cütünün qalibi ilə qarşılaşacaq.

CEV Çempionlar Liqası-kişilər (2-ci təsnifat mərhələsi)

11 noyabr 2026 (2-ci oyun)

“Sporting CP Lisboa” – “Xilasedici” 2:3 (25:21, 18:35, 25:22, 21:25, 13:15)

Qızıl set - 13:15

Ünvan: Portuqaliya, Lissabon

3 noyabr 2026 (1-ci oyunun nəticəsi)

“Xilasedici” – “Sporting CP Lisboa” 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15)

Ünvan: Bakı, FHN-nin idman zalı