09 noyabr 2026 20:30
129

Mourinyo La Liqanın ən yaxşısıdır

“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi adına layiq görülüb.

“İki sahil” xəbər verir ki, portuqaliyalı mütəxəssis səsvermədə “Real Sosyedad”ın çalışdırıcısı Pelleqrino Mataratstso və “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneni qabaqlayıb.

Mourinyonun rəhbərlik etdiyi “Real” oktyabr ayında La Liqada keçirdiyi hər üç oyunda qələbə qazanıb. Madrid təmsilçisi “Vilyarreal”ı 1:0, “Sevilya”nı 4:1, “Barselona”nı isə 2:1 hesabı ilə məğlub edib.