Zəfər Gününün altıncı ildönümü münasibətilə əziz qardaşım, Prezident İlham Əliyevi və Azərbaycanın cəsur, qardaş xalqını səmimiyyətlə təbrik edirəm.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O qeyd edib ki, 8 Noyabr, təxminən otuz ildən sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur.
“Bu zəfəri mümkün edən şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq. Pakistan o zaman da Azərbaycanın yanında olmaqdan qürur duyurdu, bu gün də, həmişə də Azərbaycanın yanındayıq.
Ötən il Bakıda keçirilən və Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz dostluq tellərini əyani şəkildə nümayiş etdirib.
Qoy Azərbaycan daha da güclənsin və inkişaf etsin, Cənubi Qafqaz isə davamlı sülhə və ortaq rifaha doğru irəliləsin!”, - deyə paylaşımda vurğulanıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib