28 oktyabr 2026 23:32
154

“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu

“Real” azarkeşi və onun 18 yaşlı oğlu “Barselona” ilə “El-Klasiko” zamanı “Kamp Nou” stadionundan uzaqlaşdırılıblar.

“İki sahil” xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, hadisə Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatan matçda baş verib.

Bildirilir ki, o, oğlunun 18 yaşının tamam olması münasibətilə ona “El-Klasiko”ya bilet hədiyyə edib. Ata iki bilet üçün 2800 avro ödəyib.

Azarkeşin sözlərinə görə, stadionun girişində təhlükəsizlik əməkdaşları “Real”ın formalarını çıxarmalarını tələb ediblər. Ata və oğul Kilian Mbappenin qolunu qeyd edərkən ayağa qalxıb qucaqlaşıblar. Lakin mühafizə xidməti onların davranışını qayda pozuntusu hesab edərək hər ikisini stadiondan çıxarıb.

Nəticədə ata və oğul qarşılaşmanın qalan hissəsini stadiondan izləməkdən məhrum olub.