28 oktyabr 2026 20:52
118

İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib

İspaniyanın Əndəlus muxtar icmasının hakimiyyət orqanları Toledo əyalətində baş vermiş dəmir yolu qəzasında həlak olanlarla əlaqədar üçgünlük matəm elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə bölgə hökumətinin başçısı Xuan Manuel Moreno “X” sosial şəbəkəsində məlumat verib.

“Əndəlusdə bu gündən oktyabrın 31-i, şənbə gününədək üçgünlük rəsmi matəm elan edirik. Dəhşətli hadisənin təsiri altındayıq. Bütün Əndəlus bu dəmir yolu qəzasında zərər çəkənlərlə birlikdə yas tutur”, – deyə o yazıb.

Son məlumatlara görə, İspaniyanın Kastiliya-La-Mança muxtar əyaləti hökumətinin məlumatına görə, Toledo əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, çox sayda insan ağır xəsarət alıb. Urda bələdiyyəsinin ərazisində qəzaya uğrayan AVE və “Iryo” qatarlarında 500-dən çox sərnişin olub.