Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində əməkdaşların peşəkar inkişafının dəstəklənməsi məqsədilə “Təqdimat bacarıqları” mövzusunda təlim təşkil olunub.
“İki sahil” xəbər verir ki, təlim çərçivəsində əməkdaşların iclas, hesabat və digər rəsmi tədbirlərdə təqdimatların hazırlanması, məlumatların aydın və sistemli şəkildə çatdırılması, eləcə də auditoriya qarşısında sərbəst və peşəkar çıxış bacarıqlarının inkişaf etdirilməsi istiqamətində bilik və bacarıqlarının artırılması hədəflənib.
Agentlikdə əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsinə, peşəkar inkişafına və iş səmərəliliyinin artırılmasına yönəlmiş təlim proqramlarının davam etdirilməsi nəzərdə tutulur.