26 oktyabr 2026 23:23
146

Əlcəzair Prezidenti Nigerə hərbi kontingentin göndərilməsini təsdiqləyib

Əlcəzair Prezidenti Abdelmacid Tebbun Milli Xalq Ordusunun bölmələrini Nigerə göndərmək barədə qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Əlcəzair liderinin dəftərxanası məlumat yayıb.

A. Tebbun bu addımı Əlcəzair ilə Nigerin energetika və iqtisadiyyat sahəsindəki ortaq maraqlarının müdafiəsini təmin etmək məqsədilə atıb.

Əlcəzair parlamenti qərarı oktyabrın 25-də təsdiqləyib. Niger hakimiyyəti müvafiq sorğu ilə Əlcəzairə müraciət edib.

Əlcəzair mətbuatı qeyd edib ki, bu, 1970-ci illərdən bəri Əlcəzairin xaricə hərbi kontingent göndərdiyi ilk haldır. Missiyanın vəzifələrindən biri Nigerin sərhədyanı rayonlarının ekstremistlərdən və cinayətkar qruplaşmalardan qorunması olacaq.