Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən Elektrik Şəbəkəsi, Aşağı Daşkəsən kənd və Kəmərqaya ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayında qarşıya qoyulan yeni hədəflərə həsr olunmuş yığıncaqlar keçirilib.
“İki sahil” xəbər verir ki, yığıncaqlarda qurultay nümayəndələri – YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, ərazi partiya təşkilatının sədri Azər Mahmudov və rayon təşkilatının aparatının məsul işçisi Sərdar Xıdırov iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi strateji hədəflər, ölkəmizin müasir inkişaf modeli, siyasi və iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub