26 oktyabr 2026 19:32
117

Rusiyanın itkiləri açıqlandı - 1706-cı gün

Ukrayna müharibənin 1706-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 580 440 hərbçi, 12 448 ədəd tank, 25 609 ədəd zirehli döyüş maşını, 51 632 ədəd artilleriya sistemi, 2 239 (reaktiv yaylım atəş sistemi), 1 726 hava hücumundan müdafiə sistemi, 449 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 018 ədəd yerüstü robot-texnika kompleksi, 582 458 ədəd PUA, 167 240 ədəd avtomobil texnikası, 5 138 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 858 xüsusi avadanlıq itirib.