Agentlikdə YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
23 OKTYABR 2026
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının Ü.Hacıbəyov 84(5) ərazi partiya təşkilatının birgə təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunlarına və Partiyanın sədri, Prezident İlham Əliyevin Qurultaydakı nitqinə həsr olunmuş tədbir keçirilib.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının Ü.Hacıbəyov 84(5) ərazi partiya təşkilatının sədri Məhəmməd Nooyev çıxış ediblər.
Çıxışlar zamanı Yeni Azərbaycan Partiyasının ölkənin müstəqilliyinin və milli maraqlarının qorunmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və Azərbaycanın davamlı inkişafının təmin olunmasında rolu diqqətə çatdırılıb. Həmçinin iqtisadi siyasətin həyata keçirilməsi, dövlət idarəçiliyində səmərəliliyinin artırılması, davamlı inkişafın dəstəklənməsi və qarşıya qoyulan strateji hədəflərin reallaşdırılmasında dövlət qurumlarının üzərinə düşən vəzifələr vurğulanıb.
Sonda partiyanın üzvü olan digər əməkdaşlar Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətləri və cəmiyyətin ictimai-siyasi həyatındakı rolu barədə fikirlərini bölüşərək Partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsində fəal iştirakın əhəmiyyətini vurğulayıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
Prezidentin sosial şəbəkə hesablarında Hindistanın xarici işlər nazirinin qəbuluna dair video paylaşılıb
Auditorlar Palatasında Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib FOTO
Hindistan XİN: Azərbaycanla iqtisadi əlaqələrin inkişafı gündəliyimizdə əsas yer tutur